Siyasət

Əfqanıstan Azərbaycana haqq işində həmişə dəstək verib - Səfir

15 Yanvar 2021 17:11
Baxış: 556

Əfqanıstan Azərbaycana haqq işində həmişə dəstək verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşdə deyib.

Səfir Azərbaycan parlamentində Əfqanıstanda səfirliyinin açılması ilə bağlı qəbul olunmuş qərarı Azərbaycan tərəfinin iki ölkə arasında dostluğa verdiyi yüksək dəyərin nümunəsi kimi qiymətləndirib.

Sonra qonaq Əfqanıstan parlamentinin fəaliyyəti barədə danışaraq, hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyətini qeyd edib. Diplomat deyib ki, bu əlaqələrin müxtəlif platformalarda daha da genişləndirilməsi qarşıya qoyulan məqsədlərə çatmaqda əhəmiyyətli rol oynaya bilər.

Görüşdə, həmcinin iki ölkənin parlamentlirində təmsil olunan qadın deputatlar arasında mütəmadi görüşlərin təşkili, qadın və uşaq hüquqlarının müdafiəsi, elm, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.