Siyasət

Qarabağda nə qədər erməni meyiti qalıb? - FOTO

15 Yanvar 2021 10:40
Baxış: 2 649

Ermənistan hərbçilərinin bu ölkənin mülki şəxsləri ilə birlikdə bu gün Hadrut və Cəbrayıl rayonlarında itkin düşən şəxslərin axtarışlarının aparılması təxirə salınıb.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, itkin erməni hərbçilər Hadrut və Cəbrayılda sabah axtarılacaq. Qeyd edilir ki, Qarabağda bu günə qədər aparılan axtarış işləri zamanı 1 230 erməni hərbçisinin və digərlərinin meyitləri tapılıb.

Ermənistanın Səhiyyə Nazirliyi ikinci Qarabağ müharibəsində həlak olmuş şəxsərin sayının 3 300 nəfəri ötdüyünü açıqlayıb. Nazirliyin rəsmisi bildirib ki, artıq 3 000-dən çox meyitin ekspertizası aparılıb və onların DNT nümunələri götürülüb.

Qarabağ müharibəsində itkin düşmüş, həlak olmuş erməni əsgər və zabitlərin axtarışlarına hərbçilərlə yanaşı, mülki şəxslər - itkinlərin qohumları də cəlb edilib. Onlar yerli hakimiyyəti itkinlərin axtarış işlərini ləng aparmasında ittiham edirlər.

Bu arada Ermənistanın Müdafiə Nazirliyinin 2-ci Qarabağ Savaşında həlak olmuş hərbçilərin rəsmi siyahısında göstərmədiyi daha 25 Ermənistan vətəndaşının adl və soyadları bəlli olub:

1. Qurgn Mikaeloviç Havetisyan (2001-ci il). Noyabrın 9-da həlak olub, Füzuli.

2. Ovik Serqoyeviç Kotsinyan və onun oğlu, Serqo Ovikoviç Kotsinyan. Şuşa.

3. Georgi Karapetyan (2002-ci il). 7  noyabr, Ağdərə

4. Serob Vaqikoviç Vardanyan (1990). 21 oktyabr, Xocavənd

5. Şirak Qasparyan (1998). 11 noyabr, Füzuli

6. Artur Armanoviç Qriqoryan (2001). 30 oktyabr, Ağdərə

7. Rafik Qorqiyeviç Ordoyan (1994). 9 noyabr, Füzuli

8. Alik Maxariyeviç Xudoyan (2001). 6 dekabr, Şuşa.

9. Norayr Taxariyeviç Mstoyan (2001). 3 noyabr, Füzuli

10. David Qerakliyeviç Açdoyev (2000). 5 oktyabr, Cəbrayıl

11. Polkovnik Hrayr Mikaeloviç Davtyan (1974). 17 oktyabr, Cəbrayıl.

12. Nver Marujanoviç Hovsepyan (1984). 1 dekabr, Cəbrayıl

13. Artyom Karapetyan (2003). 1 oktyabr, Cəbrayıl

14. Artyom Karapetyan (1977). 26 oktyabr, Ağdərə

15. Armen Karlenoviç Hovsepyan (1978). 24 oktyabr, Füzuli

16. Qorq Hambarsumyan (1983). 17 oktyabr, Cəbrayıl

17. Mxitar Arvidiyeviç Beqlaryan (1990). 9 noyabr, Şuşa.

18. Qriqor Saturyan (1987). 2 noyabr, Şuşa

19. İvan Sarkisyan (1985). 21 oktyabr, Hadrut

20. Sanasar Abrahamyan (1988). 19 oktyabr, Ağdərə

21. Melikset Sahakyan (1982). 11 oktyabr, Zəngilan

22. David Martirosyan (2001) və Spartak Martirosyan (2002) qardaşları. 18 oktyabr, Hadrut

23. Kapitan Sergey Romanoviç Muradyan (1991). 1 noyabr, Suqovuşan

Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.