Siyasət

2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi nəcib bir missiyadır - "ISESCO"nun keçmiş Baş direktoru

6 Yanvar 2021 00:02
Baxış: 1 239

2021-ci ili "Nizami Gəncəvi ili" elan edilməsi nəcib bir missiyadır.

Milli.Az bildirir ki, bunu Trend-ə  "ISESCO"nun keçmiş Baş direktoru, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tuveyjri deyib.

O, Nizami Gəncəvinin Azərbaycanın ədəbi irsinin ən böyük nümayəndələrindən biri olduğunu və misilsiz poetik yeniliklər və ümumbəşəri mövzular daşıyan əsərlərinin Azərbaycanın hüdudlarından kənara çıxdığını və bir çox ölkələrin ədəbiyyatına təsir göstərdiyini qeyd edib.

"2021-ci ili "Nizami Gəncəvi ili" elan edilməsi - nəcib bir missiyadır" - Əbdüləziz bin Osman əl-Tuveyjri deyib.

Əbdüləziz əl-Tuveyjri Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin üzvü kimi bu qərardan qürur duyduğunu əlavə edib: "Bu dahi şəxsiyyəti tərənnüm edən bütün tədbirlərdə iştirak etmək mənim üçün şərəfdir. Beynəlxalq Nizami Gəncəvi Mərkəzində bu, prioritetimiz olacaq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.