Siyasət

"Biz tezliklə Qarabağda yeni iqtisadi möcüzənin şahidi olacağıq" - Ukraynalı ekspert

5 Yanvar 2021 16:01
Baxış: 528

Əminəm ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi bərpası bütün ölkə iqtisadiyyatının inkişafına təkan verəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə ukraynalı ekspert Aleksandr Merejko azad edilən ərazilərin sahib olduğu potensial barədə danışarkən deyib.

O bildirib ki, tezliklə bütün dünya Qarabağın təbiətinin gözəlliyinin şahidi olacaq:

"Amma bundan əvvəl Azərbaycan işğal müddətində dağıdılmış regionun bərpası üçün çoxlu investisiya qoymalıdır. Buna baxmayaraq, mən əminəm ki, tezliklə biz regionun iqtisadiyyatı və mədəniyyətinin sürətli bərpası ilə bağlı yeni iqtisadi möcüzənin şahidi olacağıq".

Ekspert qeyd edib ki, Azərbaycan digər ölkələrlə qarşıdurmaya deyil, dinc əməkdaşlığa can atır:

"Azərbaycan digər dövlətlərin və xalqların hüquqlarına hörmət edir, onlarla qarşılıqlı səmərəli əməkdaşlıq etməyə və dinc münasibətlər yaratmağa çalışır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.