Siyasət

Azərbaycan və rusiyalı mütəxəssislər Ağdamın minalardan təmizlənməsi üçün birgə kurslara başlayıb - FOTO

5 Yanvar 2021 14:10
Baxış: 910

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin və Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin əməkdaşları Ağdamın minadan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları ilə bağlı birgə hazırlıq kurslarına başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Ağdamın Quzanlı qəsəbəsində tədbir keçirilib.

45 gün davam edəcək təlimlərdən sonra ilkin olaraq Ağdam rayonunun işğaldan azad olunan ərazilərinin 100 ha hissəsində minadan və partlamamış hərbi sürsatlardan təmizlənmə əməliyyatlarına başlanılacaq.

Bu işlərin təxminən 3 aya yaxın müddət ərzində başa çatacağı planlaşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.