Siyasət

"Azərbaycanın haqlı mübarizəsində sonadək yanındayıq" - Hulusi Akar

5 Yanvar 2021 14:07
Baxış: 935

Şanlı türk ordusu yeddi iqlim, üç qitəyə sülh, əmin-amanlıq və ədalət aparan əcdadlarımızdan nümunə alaraq dost, qardaş ölkələrin rifahı və təhlükəsizliyi üçün mübarizə aparır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış şəhidlərini anma günü ilə əlaqədar açıqlamasında deyib.

O bildirib ki, Türkiyə BMT, NATO, ATƏT, eləcə də ikitərəfli razılaşmalar çərçivəsində Azərbaycan, Liviya, Kosovo, Əfqanıstan, Bosniya və Herseqovina, Qətər, Somali, Sudan və bir çox ölkədə sülhə töhfə vermək üçün böyük səy göstərir.

Nazir Sarıqamış şəhidlərinin anım günündə Azərbaycanla münasibətdə istifadə edilən "bir millət, iki dövlət" ifadəsinin xüsusi önəmini vurğulayıb:

"Qardaş Azərbaycan xalqının Nargin adasında zorla saxlanılan əsgərlərimizə etdiyi yardımları da minnət və şükranla anırıq. Biz də qardaşlarımızın haqlı mübarizələrində sonadək bütün imkanlarımızla yanındayıq, azərbaycanlı qardaşlarımızla kədərdə və sevincdə bərabərik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.