Siyasət

Vətən müharibəsini saxtalaşdrmaq motivlərinin arxasında Prezidentə paxıllıq və barışmaz radikal baxışlar dayanır - Aydın Quliyev

27 Dekabr 2020 18:47
Baxış: 2 678

Azərbaycanın daxilində və xaricində Vətən müharibəsinə qısqanc və düşmən münasibət bəsləyənlər olduğu üçün onun mahiyyətini və tarixini saxtalaşdırmaq cəhdlərinə tüz-tez rast gəlinəcək. Vətən müharibəsinin tarixi barədə həqiqətlərin müdafiəsi və çatdırılması dövlətçiliyimizdə vacib istiqamətlərdən biri kimi nəzərdən keçirilməlidir. Nəzərə alsaq ki, bu müharibə ərazi bütövlüyümüzün bərpası uğrunda tarixi mübarizəmizin şərəfli və tərkib hissəsidir, bu tarixin əleyhinə hansı qüvvələrin mübarizə aparacağını və apardığını dəqiq görmək çətin deyil.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Vətən müharibəsinin tarixini saxtalaşdlrmaq istəyənlərin əsas hədəflərinin prezident İlham Əliyevin əvəzsiz rolu, xalqla prezidentin birliyi və ordumuza xalqın dəstəyi olduğu artıq bu günlərdən özünü göstərməkdədir:

"Vətən müharibəsinin şərəf tarixini saxtalaşdlrmaq cəhdlərinin bir nömrəli hədəfi bu şanlı qələbədə Prezidentin rolunu kiçiltmək və ya tam kənara qoymaqdlr. Ən müasir tariximizin böyük faktını saxtalaşdırmaq istəyənlər İlham Əliyevin rolunu danmaqla əslində bu qələbədə xalqın və yenilməz ordumuzun da rolunu saxtalaşdlrmış olurlar. Siayasi müxalif çevrələrdən rast gəlinən absurd baxışlardan biri budur ki, müharibədə qələbəni İlham Əliyevin istedadlı komandanlığı və təşkilatçılığı sayəsində yox, guya tək ordumuzun və xalqın birliyi hesabına əldə etmişik. Sözsüz ki , erməni faşizminin darmadağın edilməsində ordumuzun və xalqın əvəzsiz rolunu heç bir halda inkar etmək və kiçiltmək olmaz. Ancaq xüsusilə bəzi siyasi çevrələrdə qərəz və saxtakarlıq yolu tutanlar bu müharibədə xalq və ordunun guya təkbaşına və ya komandansız qalib gəldiyi kimi əcaib bir məntiqə söykənirlər.

A.Quliyev qeyd edib ki, Vətən müharibəsini saxtalaşdrmaq motivlərinin arxasında şəxsən Prezident İlham Əliyevə qısqanclıq, paxıllıq və barışmaz radikal baxışlar dayanır.Tariximizin saxtalaşdırılması cəhdlırənin heç bir perspektivi yoxdur.Xalqımız artıq indidən Vətən müharibəsini saxtalaşdırmaq səylərinə qarşı öz prinsipial mövqeyini göstərir.İctimaiyyət öz reaksiyaları ilə aydın göstərir ki, qələbənin əldə olunmasında İlham Əliyevin şəxsi rolunu həlledici hesab edir və bu həqiqəti heç bir siyasi ambisiyanın hədəfinə buraxmayacaq:

"Bətən müharibəsində İlham Əliyevin əvəzsiz rolunu inkar edənlərin məqsədlərindən biri Prezidentin ətrafında möhkəm ordu və xalq birliyinin formalaşdığını da danmaqdır.Halbuki artıq dünya baş vermiş mübahisəsiz bir fakt kimi qəbul edir ki, müharibə İlham Əliyevin əvəzsiz komandanlıq faktorunun toparlayıcı gücü ətrafında xalqımızın və ordunun birliyi sayəsində əldə olundu.Hətta bu gün Ermənistan analitiklərinin İlham Əliyev faktorunu etiraf etdikləri halda, öz içimizdə bu faktora inkarçı yanaşmalar düşməndən də artıq düşmənçilikdir".

"Tariximiz də, onun həqiqətlərinin müdafiəsi də hər bir azərbayvanlının müqəddəs işidir.Vətən müharibəsi ən yeni tariximizin "dövr müəyyənləşdirici "hadisəsidir.İlham Əliyevin adı Vətən müharibəsinin bütün tarixi boyu hər qütbdən görünən qırmızı xətlə keçir və bu birmənalı faktın inkarı heç kimə baş ucalığı gətirməz" -deyə ekspert əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.