Siyasət

Azərbaycan nikbin ölkələr sırasında ilk üçlükdə yer alıb

26 Dekabr 2020 15:32
Baxış: 1 385

Dünya əhalisinin 43 faizi 2021-ci ili nikbinliklə gözləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Gallup International" agentliyinin 41 ölkədə keçirdiyi rəy sorğusunda deyilir.

Eyni zamanda, respondentlərin 26 faizi ciddi dəyişikliklər gözləmir, 24 faiz qarşıdan gələn ilə bədbin yanaşır.

Ölkələr arasında nikbinlik səviyyəsinə görə Azərbaycan ilk üçlükdə yer alıb. Ölkədə gələn illə bağlı nikbinlik səviyyəsi 65 faiz təşkil edib. Bu göstəricidə Azərbaycan yalnız Nigeriya (69 faiz) və İndoneziyadan (66 faiz) geri qalıb. Liderlər arasında ABŞ, Finlandiya, Hindistan kimi ölkələr də yer alıb.

Ən bədbin ölkələr isə İtaliya, Honq Konq və Bolqarıstan hesab olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.