Siyasət

"Ordumuzun şanlı qələbəsini ermənilər tərəfindən maliyyələşənlər həzm edə bilmir" - Deputat

22 Dekabr 2020 11:50
Baxış: 925

Media işçilərinə təşəkkür edirəm ki, müharibə vaxtı çox aktiv oldular. Həm cəbhə bölgəsində əsgərlərimizin yanında oldular, həm də xaricdə olan düşmənlərə qarşı informasiya müharibəsində öndə getdilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

S.Novruzov Azərbaycana qarşı əks-mövqedə dayanan insanlarla bağlı da fikir bildirib:

"Azərbaycan ordusu şanlı qələbə əldə edib. Bu gün ermənilər tərəfindən maliyyələşənlər bunu həzm edə bilmir. O baxımdan da onlar sakit dayana bilmirlər. Məkrli niyyətlərini ortaya qoyurlar. Amma onlar məkrlərini həyata keçirə bilməyəcəklər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.