Siyasət

Qarabağda "müdafiə naziri" möhkəm döyüldü

16 Dekabr 2020 11:52
Baxış: 5 205

Dağlıq Qarabağda terrorçu xuntanın "müdafiə naziri", general-mayor Mikael Arzumanyan dünən axşam saatlarında möhkəm döyülüb.

Milli.Az Hrapark və Aravot-a istinadən bildirir ki, İkinci Qarabağ Savaşında itkin düşən erməni hərbçilərin, xüsusilə də qarabağlı erməni "döyüşçü"lərin valideynləri M.Arzumanyandan övladlarının taleyi barədə konkret məlumat istəyiblər.

Onlar axtarışların aparıldığını, bu prosesin necə getdiyini, Qarabağdakı rusiyalı sülhrəramlıların komandanlığı ilə zəruri təmasların olub-olmadığını soruşublar.

M.Arzumanyanın mücərrəd, konkretlikdən çox uzaq cavabları erməni valideynləri sinirləndirib və onlar "nazir"ə hücum çəkiblər.

Xəsarət almış M.Arzumanyanın hospitala aparıldığı iddia olunur.

Xatırladaq ki, İkinci Qarabağ Savaşında sadəcə, qarabağlı ermənilər arasından 442 nəfərin itkin düşdüyü vurğulanır.

Ermənistan Müdafiə Nazirliyinin Qarabağa hərbi əməliyyatlara yolladığı hərbçilər arasında isə bu rəqəmine 971 nəfər olduğu iddia edilir.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.