Siyasət

Hərbçilərimiz canları bahasına bu qələbəni əldə ediblər - Milix Yevdayev

4 Dekabr 2020 15:51
Baxış: 666

Azərbaycanın qazandığı qələbə özü-özünə əldə edilməyib. Bu qələbənin memarı Ali Baş Komandanımız İlham Əliyevdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hərçilərimiz canı bahasına bu qələbəni əldə ediblər:

"Azərbaycanın əldə etdiyi uğur onun şanlı ordusu və onun xalqı ilə bağlıdır. Bu 44 gün göstərdi ki, Azərbaycan polad bir yumruğa dönərək düşmənlərini əzmək iqtidarındadır. Ona görə də, Allahdan arzumuz odur ki, Azərbaycanın və onun xalqının yalnız xoş günlərini bizə göstərsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.