Siyasət

İkinci Qarabağ müharibəsi Azərbaycan tarixində parlaq səhifədir - Aleksandr İşein

4 Dekabr 2020 14:52
Baxış: 874

İkinci Qarabağ müharibəsi Azərbaycanın xalq yaddaşında parlaq səhifədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein deyib.

O bildirib ki, bugünkü gün Azərbaycan tarixində xüsusi gündür:

"Əlbəttə, biz hamımız Qarabağın azad edilməsi münasibəti ilə sevincliyik. Qarabağ Azərbaycandır. Bu, bizim üçün artıq bir növ salamlaşmaya çevrilib. Bu ifadə Azərbaycan xalqının qəhrəmanlığı və ədalətini, ölkə rəhbərinin istedadlı və dahi olduğunu göstərir".

O əlavə edib ki, qələbəni qeyd etməklə yanaşı, hər kəs Vətəni müdafiə edərkən şəhid olanları da xatırlayır:

"Bu müharibə Azərbaycan tarixinə təkcə İkinci Qarabağ müharibəsi kimi deyil, həm də Vətən müharibəsi kimi daxil olacaq. Bütün Azərbaycan üçün bu, xalq yaddaşının parlaq səhifəsidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.