Siyasət

Rusiya UNESCO missiyasının Qarabağa gələcəyinə ümid edir

3 Dekabr 2020 18:40
Baxış: 862

Rusiya ümid edir ki, UNESCO ekspertləri xristian və müsəlman məbədlərinin mühafizəsinin qiymətləndirilməsi üçün yaxın zamanlarda Dağlıq Qarabağa gələcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümanyəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib: "Biz ümid edirik ki, UNESCO-nun tərəfdaşları olan nüfuzlu beynəlxalq QHT-lərin iştirakı ilə erməni və Azərbaycan tərəfləri ilə əməkdaşlıqda yaradılan abidələrin mühafizəsi və qorunması missiyası yaxın zamanlarda bölgəyə gələcək və vəziyyətə obyektiv qiymət verəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.