Siyasət

"Qarabağ razılaşması Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir edə bilər" - Mövlud Çavuşoğlu

3 Dekabr 2020 16:38
Baxış: 867

Qarabağ üzrə razılaşma Ankara və Yerevan arasında münasibətlərə müsbət təsir edə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının video-konfrans formasında keçirilən 27-ci iclasında çıxış edərkən deyib.

"Biz Qarabağda münaqişəyə Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla, beynəlxalq prinsiplər əsasında son qoymağa yönəlmiş bütün cəhdləri dəstəkləyirik. Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan razılaşma 30 ildən sonra sülhün bərqərar olunması üçün real imkanlar yaradır. Bu, regional sabitliyə, həmçinin Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir göstərə bilər", - Mövlud Çavuşoğlu bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.