Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib
Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri şeyx Ravil Qaynutdindən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə təbrik məktubu gəlib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi, Rusiya Müftilər Şurası adından və şəxsən öz adımdan Sizi səmimi salamlayır, Sizə sülh, Ulu Tanrının mərhəmətini və şəfqətini diləyir, Dağlıq Qarabağda müharibənin dayandırılması barədə Bəyanatın imzalanması və uğurla yerinə yetirilməsi münasibətilə təbrik edirəm.
Mən bir din xadimi kimi, ilk növbədə, hərbi əməliyyatların başa çatması, atəşkəsin bərqərar olması və qan tökülməsinə son qoyulması, habelə köçkünlərin əvvəl işğal edilmiş ərazilərə qayıtması üçün şərait yaradılmasını yüksək qiymətləndirirəm. Bu Bəyanat beynəlxalq aləmdə tanınmış hüquqi normalar çərçivəsindədir və BMT Təhlükəsizlik Şurasının daha əvvəl qəbul edilmiş qətnamələrinə uyğundur. Bu, həmçinin Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan və Ermənistan tərəfləri arasında Bəyanatın könüllü şəkildə imzalanması ilə münaqişənin həll edilməsi faktı Dağlıq Qarabağ regionunun gələcəyinin prinsipial və mübahisəsiz həlli üçün möhkəm təməl olmalı, Dağlıq Qarabağın davamlı inkişafını, onun sakinlərinin təhlükəsizliyini və hüquqlarını təmin etməlidir.
Böyük sevinclə qeyd edirəm ki, Azərbaycan və bütün Azərbaycan xalqı Sizin müdrik rəhbərliyinizlə bu böyük sınaqdan uğurla çıxdı. Respublikanın dövlət hakimiyyəti ona həvalə edilmiş vəzifələri öz xalqı və bütün beynəlxalq birlik qarşısında şərəflə yerinə yetirdi. Münaqişənin sülh yolu ilə nizamlanmasında Rusiya Federasiyasının və şəxsən Vladimir Putinin həlledici rolunu da təbii, tarixi və mənəvi baxımdan haqlı hesab edirəm.
Ulu Tanrıya dua edirəm ki, Azərbaycan Respublikasında və bütün Cənubi Qafqaz regionunda sülh, qarşılıqlı anlaşma, firavanlıq bərqərar olsun. Bunun vacib şərti dini hüquq və azadlıqlara riayət edilməsi, bütün məzhəblərə məxsus insanların mənəvi ehtiyaclarına, müxtəlif dini ənənələrin, məbədlərin qorunub saxlanmasına və sərbəst fəaliyyətinə diqqət yetirilməsidir. Mən həm də tarixi və mədəni abidələrin, o cümlədən Uca Allaha qədim ibadət yerlərinin qaytarılması münasibətilə azərbaycanlı müsəlman qardaşlarımızın sevincinə böyük məmnuniyyətlə qoşuluram. Əminəm ki, bütün ibadət yerləri bərpa olunacaq və Müqəddəs Quranda bizə vəsiyyət edilən böyük ümumi işə xidmət edəcək: "Allahın köməyi və zəfər gəldiyi zaman və insanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman, Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı
-
Seyid Əli Xameneinin dəfn tarixi və yeri açıqlandı
-
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
-
"Döyüş meydanında ABŞ-yə qalib gəldik, müharibəni bitirməyin vaxtıdır"
-
Prezident İlham Əliyev Kral III Çarlza məktub ünvanlayıb
-
Hamı Bricitin yanındakı şəxsdən danışdı
XƏBƏR LENTİ
-
Bunları edin, gün boyu enerjili QALIN
-
Ev heyvanı saxlamaq stressi artıra bilər - Araşdırma
-
Arzu molekulu: Beyninizin gizli mühərriki dopamini idarəetmə təlimatı
-
Kral III Çarlzın ürək və dəri üçün faydalı, əlçatan səhər yeməyi
-
İnfantinonun zarafatı italiyalı nazirin xoşuna gəlmədi
-
Hidayət Orucov vəfat edib
-
Tovuzda qəza oldu - Ölən var
-
Şamaxıda Barbekü Festivalının birinci günü - FOTO
-
Almaniyada II Dünya müharibəsindən qalmış özüyeriyən artilleriya qurğusu tapılıb
-
Bakıda bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq
-
Tuğba milyonluq əmlakını dövlətə bağışlayacaq
-
Serdar Ortaç səhhəti ilə bağlı iddialara cavab verdi
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib - FOTO
-
İsrail 12 günlük müharibədə məqsədinə çata bilməyib - Pezeşkian
-
İran və ABŞ arasında saziş iyunun 14-də imzalanacaq - Tramp
-
Şəhid anası vəfat etdi
-
Hörmüzdə göstərilən xidmətlərə görə haqq alınmalıdır - Bəqai
-
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
-
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
-
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
-
Bir gündə ABŞ-nin qəhrəmanına çevrilən Baloqanın maraqlı həyat hekayəsi
-
ABŞ ona viza vermədi
-
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb - FOTO - VİDEO
-
İngiltərə millisi ABŞ-da qarət olundu





