Siyasət

Kiyevdə “Qarabağ Azərbaycandır!” bilbordu quraşdırılıb - FOTO

23 Noyabr 2020 15:09
Baxış: 546

Ukraynada yeni fəaliyyətə başlayan "İrəli" analitik-informasiya platforması Azərbaycanın qazandığı şanlı qələbə münasibətilə Kiyev şəhərinin mərkəzi küçələrindən birində "Qarabağ Azərbaycandır!" bilbordu yerləşdirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Ukrayna və Azərbaycan xəritələrinin əks olunduğu bilbordda müvafiq olaraq "Krım və Dombas Ukraynadır", "Qarabağ Azərbaycandır" şüarları əks olunub.

Təşkilat sədri Qulu İbrahimov bu layihənin təşkilatın ilk addımı olduğunu və bilbordun noyabr ayının sonuna qədər - 15 gün müddətinə yerləşdirildiyini bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.