YAP-ın yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir - Əli Əhmədov
Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. 28 il bundan əvvəl yeni müstəqilliyinə qovuşmuş Azərbaycan o zaman ölkəyə rəhbərlik edənlərin bacarıqsızlığı və bağışlanmaz səhvləri ucbatından ağır böhran içərisində boğulur, qeyri-sabitlik ölkədə tüğyan edir, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədovun sözlərinə görə, Azərbaycan vətəndaşları əmin idi ki, cəmiyyətimizin özünəqayıdışının təmin edilməsi qüdrətli şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində mümkün ola bilər: "Bu da Azərbaycanı məhv olmaqdan xilas etmək üçün Yeni Azərbaycan Partiyasının yaranması vasitəsilə Heydər Əliyevin hakimiyyətə qayıtmasını təmin etməkdən ibarət idi. Buna görə də, 28 il bundan əvvəl Yeni Azərbaycan Partiyasının təsis olunmasını Azərbaycan cəmiyyəti əslində, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının başlanğıcı, bununla əlaqədar yaranmış böyük xalq hərəkatı kimi dərk edir. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası yaranandan təxminən yarım il sonra partiyanın yaradıcısı və Sədri Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı. Azərbaycan tarixinin yeni mərhələsi başlandı. İlk öncə, böhran, qeyri-sabitlik cilovlandı, geniş və hərətəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildi. Bu inkişaf strategiyası nəticəsində böyük nəticələr əldə olundu. Bu strategiya ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi. Düşünürəm ki, Yeni Azərbaycan Partiyası uğurlu taleyi olan siyasi təşkilat hesab oluna bilər."
YAP Sədrinin müavini qeyd edib ki, bütün bu nailiyyətlər bir partiyanın öz tarixi missiyasını və xalq qarşısında öz üzərinə götürdüyü öhdəlikləri layiqincə, ləyaqətlə yerinə yetirdiyinə sübut kimi qiymətləndirilə bilər: "Yeni Azərbaycan Partiyası indiyə kimi qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib və onun bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə müşaiyət olunacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nazir: "Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır"
-
Azərbaycan səfiri etimadnaməsinin surətini Peru XİN-ə təqdim edib - FOTO
-
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
-
Parlamentdə 10 məsələ müzakirəyə çıxarılır
-
Azərbaycan Rusiyanı təbrik edib
XƏBƏR LENTİ
-
Metroda itən əşyaların aqibəti necə olur?
-
Bir zamanların "turizm cənnəti" Bodrumda indi "it ulayır" - VİDEO
-
İranın ABŞ-la 14 maddəlik razılaşmasının detalları
-
Yaxın saatlarda yenidən təkanlar ola bilər - RƏSMİ AÇIQLAMA
-
Hadrut və Qırmızı Bazara növbəti köç oldu
-
Balaəlinin məşhur meyxanasına Türkiyədə gənc qızın reaksiyası... - VİDEO
-
TƏBİB yoxlamalarının nəticələri açıqlandı - 9 nəfər işdən çıxarıldı
-
Azərbaycanda güclü zəlzələ oldu - FOTO - YENİLƏNİB
-
TƏBİB-in tabeliyində 4 xəstəxanada yoxlama aparılır
-
"Deyib ki, Aysun efirə çıxmaq üçün aparıcılara yalvarır"
-
"Ailələrin dağılma səbəbi kişilərdir"
-
Cemre Baysal yenidən əməliyyat olunacaq - FOTO
-
Yalan məlumat verənlər 5 min manat cərimələnəcək - Qərar
-
İradə İbrahimova: "Restoranda 5 mindən çox hesab ödədim"
-
Bakıda 22 yaşlı narkokuryer tutuldu
-
Türkiyədə 10 illik cinayətin üstü açıldı: Rəqqasənin qatilləri tapıldı - VİDEO
-
Azərbaycanda şirkət rəhbərləri saxlanıldı - Təfərrüatlar
-
Dənizdə təhlükəsiz üzmə müddəti neçə dəqiqədir?
-
İyunun 15-də "ASAN xidmət" və "ASAN kommunal" işləməyəcək
-
Türkan meydan oxudu: "Nəfəs, Kəmalə Günəşli mənim kimi oxuya bilər?" - VİDEO
-
Dursun Həsənov qəfildən vəfat etdi
-
Xırdalanda Dost Mərkəzinin yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNİB
-
Tailandda 15 günlük matəm elan olundu
-
Argentina millisində gözlənilməz çağırış: Tətilini yarımçıq qoydu - VİDEO





