Siyasət

Ermənilər xarici ölkələrdə Azərbaycana qarşı terror və təxribata başladılar - VİDEO - FOTO

7 Noyabr 2020 11:36
Baxış: 1 571

Ermənilər xarici ölkələrdə terror və təxribata başlayıblar.

Milli.Az-ın məlumatına görə, bu gecə ermənilər Xarkovdakı fəxri konsullugumuza atəş açıblar.

Konsulluğa 6 güllə dəyib.

Bundan başqa oktyabrın 25-i Tallində bir İslam mərkəzinə maskalı bir adam donuz başı atıb. Əraziyə dərhal polis çağırılıb. Məlum olub ki, donuz başları həm də Azərbaycan və Türkiyə səfirliklərinin yanına da atılıb. Onu atan şəxs İslam mərkəzinin müşahidə kameraları tərəfindən qeydə alınıb. Şahidlərin sözlərinə görə, kişi rus dilində bunları deyib: "Bu, Məhəmmədə bir hədiyyədir".

Bütün müsəlmanlar üçün təhqiramiz olan bu hərəkətin vaxtını nəzərə alaraq, bunun yalnız tək bir dini radikalın xuliqan hərəkəti deyil, dinlərarası və etnik nifrəti qızışdırmağa yönəlmiş düşünülmüş bir təxribat olduğu qənaətinə gəlmək olar. Qeyri-rəsmi məlumatlara görə, bu rüsvayçı hərəkət "dini müsəlmanların xristianlara qarşı pis münasibətinə" və "Azərbaycanın Dağlıq Qarabağdakı Ermənistana qarşı hərəkətlərinə" cavab olaraq dini radikalizm ilə seçilən bir estoniyalı tərəfindən törədilib.

Ölkəmizlə Baltikyanı respublikalar arasında yaxşı münasibətləri pozmağa çalışan Ermənistan tərəfindən Azərbaycana qarşı açıq bir təxribat var. Bu istiqamətdə Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri Tiqran Mkrtçyan tərəfindən hansı "fırtınalı" işlərin aparıldığını nəzərə alsaq, bu biabırçı hərəkətdə Ermənistan xüsusi xidmət orqanlarının xətti hiss olunur. Əminliklə demək olar ki, bu təxribatı törədən estoniyalı əvvəllər Ermənistan xüsusi xidmət orqanları tərəfindən işə götürülmüş agentdir. Buna görə də, Estoniyanın səlahiyyətli qurumları səfir Mkrtçyanın təxribatçı fəaliyyətlərinə diqqətlə yanaşsalar yaxşı olardı.

Döyüş meydanında məğlubiyyəti həzm edə bilməyən erməni mafiyası indi də bu cür təxribatlara əl atmağa başlayıb.

Aslan

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.