Siyasət

"Son iki yüz ildə ilk dəfədir ki, torpaqlarımız işğaldan azad edilir" - Tarixçi alim

27 Oktyabr 2020 10:34
Baxış: 3 033

Tariximizin son iki yüz ilində Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin işğal edilmiş ərazilərini azad edən yeganə dövlət başçısıdır.

Milli.Az bildirir ki, bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun "Ermənişünaslıq" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.

Tarixi faktlara əsaslanan Q.Hacıyev qeyd edib ki, İlham Əliyev Əfşarlar dövlətinin hökmdarı Nadir şahdan sonra Azərbaycanın işğal olunmuş ərazilərini işğaldan azad edən yeganə azərbaycanlı dövlət başçısıdır:

"Doğma torpaqlarımızı işğaldan azad edən Prezident İlham Əliyevin qələbə bayrağını işğaldan azad edilən Şuşaya sancacağına və bununla da adının Azərbaycan tarixinə qızıl hərflərlə yazılacağına inanırıq. İndi Prezident İlham Əliyevin rəhbərliyi aldında yeni tarix yaranır. Bu tarixi proseslərin əhəmiyyəti elmi-tarixi tədqiqini tapacaq, xalqımıza, dünya ictimaiyyətinə çatdırılacaq və gələcək nəsilə vətənpərvərlik ruhunu yüksəltmək üçün ərmağan ediləcək. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi "Biz bu gün Azərbaycanın yeni tarixini, şanlı tarixini yazırıq" fikrinin reallığa çevrilməsinə nail olunacaq.

Q.Hacıyev bildirib ki, tədqiqatlara görə, orta əsrlər dövründə Azərbaycan dövlətinin ərazisi 410 min kv/km olub: "Çox təəssüf ki, tarixin müxtəlif dövrlərində Azərbaycan dövlətinin əraziləri hissə-hissə işğal edilib, bölünüb, parçalanıb. Nəhayət, XX əsrin əvvəllərində yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min kv/km olub".

Alim qeyd edib ki, Azərbaycan torpaqlarının yadellilər tərəfindən işğal edilməsi nəticəsində sovetlər dövründə ölkənin ərazisi azalaraq 84.6 min kv/km-ə enib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.