Siyasət

Provokativ, mürəkkəb sualları asanlıqla dəf edən Prezidentdən dərs...

26 Oktyabr 2020 12:34
Baxış: 1 542

1 aydır ki, cəbhədə baş verənlərlə bağlı Azərbaycanda vəziyyət xeyli dəyişib. Artıq əyləncəli videoları, verilişləri ciddi mövzulu proqramlar əvəzləyib, dövlət telekanlları, xüsən də AzTV ən çox baxılan kanal olub. Hər zamankından fərqli olaraq müğənnilərin və digər məşhurların yox, dövlət adamlarının sosial şəbəkə izləyiciləri artır, ən çox onların postları müzakirə olunur. Azərbaycanda ən az izləyici kütləsi olan Tvitter şəbəkəsi ölkə başçısının tvitlərindən sonra ən məşhur platformaya çevrilib. Artıq hər gün hamı səbrsizliklə qələbə tvitlərini gözləyir. Sosial şəbəkələrdə gülməli, maraqlı videolar arxa plana keçib, ancaq Müdafiə Nazirliyinin videoları izlənilir.

Son günlərin ən çox paylaşılan videosu isə Prezident İlham Əliyevin "Fox News" telekanalına müsahibəsi zamanı hazırcavablığı ilə jurnalisti təəccübləndirdiyi anlardır. Ölkə başçısı "Fox News"a müsahibəsində yüksək intelekt, məlumatlılıq, natiqlik bacarığı nümayiş etdirərək mürəkkəb sualları asanlıqla cavablandırıb, əks-arqumentlərlə onu heyrətləndirib.

Belə ki, Prezident İlham Əliyev jurnalistin korporativ strukturlarda ailə idarəçiliyi ilə bağlı sualına "Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir" deyərək jurnalisti tərki-silah edib.

O, daha sonra müxbirin "Lakin onların hamısı demokratik və şəffaf şəkildə seçilmişdilər" sualına "bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş" deməklə hazrılıqlı olduğunu bildirib, diplomatik məharətini nümayiş etdirib. Hətta bu cavabdan sonra jurnalist gülümsəyərək "Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident" də deyib.

Ümumiyyətlə, ölkə başçısı 2-ci Qarabağ döyüşləri başlayan vaxtdan etibarən ondan çox mətbuat orqanına müsahibə verib, haqq səsimizi bütün dünyaya çatdırıb,  beynəlxalq hüquqa, onun norma və prinsiplərinə istinad edərək, siyasi etika nümayiş etdirirək, səbr və təmkinlə bütün provokativ sualları dəf edib. O, dünyanın aparıcı kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələrində Azərbaycanın mövqeyini, atılan addımların məntiqini aydın şəkildə, səlis izah, düşmənin iddialarını əks-arqumentlərlə yerindəcə ifşa edib. Ali Baş Komandan siyasi və diplomatik təzyiqlərə sinə gərərək ölkəmizin maraqlarını informasiya savaşında da yüksək səviyyədə müdafiə edir. Bu isə o deməkdir ki, Azərbaycan döyüşdə qələbə qazanmaqla yanaşı, informasiya müharibəsində də düşməni məğlub edir.

Umarlı
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.