Siyasət

Prezident İlham Əliyev: "Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri Dağlıq Qarabağdakı ermənilər maraqlandırmır"

25 Oktyabr 2020 10:55
Baxış: 1 292

Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri Dağlıq Qarabağdakı ermənilər maraqlandırmır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev "Fox News" televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Mən əvvəl də demişəm ki, biz bilirik, ölkələrin daxili siyasəti var və erməni lobbi təşkilatları fəaliyyət göstərir. Lakin beynəlxalq münasibətlərə aid məsələlərə baxdıqda prinsiplər olmalıdır. Bu emosiyalar, hisslər, xoş məramın digər ifadəsi, - bunlar fərqlidir, - ailədə nahar yeməyində ola bilər. Lakin beynəlxalq münasibətlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş əraziləri var. İşğala son qoyulmalıdır. Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri, varlı insanları Dağlıq Qarabağdakı ermənilər, onların yoxsulluq içində necə yaşaması maraqlandırmır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.