Siyasət

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşünə BMT-dən münasibət

23 Oktyabr 2020 10:55
Baxış: 1 189

BMT Dağlıq Qarabağ münaqişəsində gərginliyin azalmasına yönəlmiş və ATƏT Minsk qrupunun himayəsi altında danışıqların bərpasına xidmət edən bütün diplomatik səyləri dəstəkləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu BMT-nin mətbuat katibi Stefan Düjarrik Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ABŞ dövlət katibi Mayk Pompeo ilə nəzərdə tutulan görüşünü şərh edərkən deyib.

O bildirib ki, münaqişə kəskinləşdikdən bəri BMT-nin baş katibi Antoniu Quterreş hər iki ölkənin xarici işlər nazirləri təmasda olub:

"BMT dəfələrlə tərəfləri qan tökülməsini dayandırmağa və Minsk qrupunun vasitəçiliyi ilə danışıqları bərpa etməyə çağırıb. Vaşinqtondakı görüş həmsədrlərdən birinin iştirakı ilə keçiriləcək".

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrı görüşlər keçirəcək.

Cədvələ əsasən, M.Pompeo saat 09:30-da (Bakı vaxtı ilə saat 17:30) C.Bayramovla, saat 10:30-da (Bakı vaxtı ilə 18:30) Z.Mnatsakanyanla görüşəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.