Siyasət

Ermənilərin tank yalanları üzə çıxır

22 Oktyabr 2020 13:07
Baxış: 6 137

Hələ 1990-cı ildə Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə imzalanıb. Blok qarşıdurmasının intensivliyini azaltmaq üçün hazırlanan "tərksilah" müqavilələrinin bir hissəsi olaraq nüvə başlıqları və qitələrarası raketləri deyil, adi silahların sayı üçün sərt kvotalar tətdiq edirdi. Müqaviləni imzlayan dövlətlər, əsasən, hansı sayda tanklara, piyadaların döyüş maşınlarına, 100 mm və daha çox çaplı artilleriya silahlarına, döyüş təyyarələrinə və hücum helikopterlərinə sahib ola biləcəyi müəyyənləşdirilirdi.

SSRİ-nin dağılmasından sonra Sovet İttifaqının malik olduğu "kvota" keçmiş respublikalar arasında bölündü. Nəticədə həm Ermənistanın, həm də Azərbaycanın silah arsenalında 220 tank, eyni sayda zirehli döyüş maşını, 285 artilleriya sistemi, 100 döyüş təyyarəsi və 50 hücum helikopteri olmasına icazə verildi. Bu sayda kvota, əslində, Azərbaycan üçün ədalətsiz bir qərar idi, çünki əhali və ərazi baxımından təxminən 3 dəfə kiçik olan Ermənistana eyni sayda kvota təyin edilməsi, İrəvanın militarizasiyası istiqamətində atılan ilk addım idi.

Beynəlxalq strukturlar təyin edilən kvotalara riayət olunmasına ciddi nəzarət etməyə və müntəzəm olaraq yoxlamalar aparmağa borcludur. Ermənistan özü də mütəmadi olaraq nə qədər tank, piyadanın döyüş maşını, hücum helikopteri və artilleriya sisteminə sahib olduqlarını rəsmən bəyan edir (Bu bəyanatların doğruluğunun daim şübhə yaratmasına daha sonra toxunulacaq). Rəsmi elan edilən silah sayının real mövcud olan say ilə uyğunluğunun yoxlanılması və aktlaşdırılması davamlı olaraq həyata keçirilir. 

Baş verən son hadisələr isə beynəlxalq ictimaiyyəti Ermənistan yalanlarından ibarət tamam fərqli bir mənzərə ilə qarşı-qarşıya qoydu. Mənzərəni tam təsvir etmək üçün bir az əvvələ qayıtmalıyam. Müzakirə bu Müqavilənin əsas və ən bahalı elementi olan tankalar üzərindən aparılacaq.

Nəzərə alsaq ki, Ermənistan son dəfə böyük tank itkisi ilə 2016-cı ilin aprelində qarşılaşıb, o zaman hesabatı da bu dövrdən aparmalıyıq. Hazırda dünyanın heç bir müasir ordusu, hətta istehsalçı ölkələr belə tank parkının 70-80 faizlik döyüşə hazırlıq vəziyyətini əldə edə bilmir, çünki zirehli vasitə texniki nasazlıq və reqlament tədbirləri səbəbindən davamlı olaraq təmir bərpa hissələrinə və ya təmir zavodlarına göndərilir. Bölmələrin döyüş hazırlığını saxlamaq üçün bu işlər planlı şəkildə həyata keçirilməlidir.

Ermənistanın 2016-cı ilin aprelində 70 faizlik göstərici ilə 150-155 tankı işlək vəziyyətdə ola bilrədi. Bu tankların 25 ədədi apreldə, əsasən, Azərbaycanın "Spike TƏİRK" və artilleriya vasitələri tərəfindən sıradan çıxarılıb. Son 4 ildə isə Ermənistan tank əldə etdiyinə dair BMT reyestrinə heç bir məlumat təqdim etməyib. Ən azı 20 ədəd tank isə düşməninin təlim taborunda tank ekipajların hazırlanması üçün cəlb edilib. Tutaq ki, quyruğu qapı arasında qalan Ermənistan hərbi rəhbərliyi bu texnikaları da döyüş əməliyyatlar teatrına yeridib (halbuku təlim bölmələrinə döyüşə yararsız və ya qismən yararlı texnikalar verilir). Deməli, son əməliiyatların başlanmasına qədər Ermənistan maksimum 110 - 135 ədəd tanka malik ola bilərdi. Lakin döyüşlərdə bu rəqəmlərin reallıqla əlaqəsi olmadığı üzə çıxır.

Qarabağdakı döyüş əməliyyatları nəticəsində maksimum 135 tanka malik ola biləcək Ermənistanın artıq 241 tankı məhv edilib, 39 tankı isə  qənimət kimi götürülb. Deməli, Ermənistan bəyan etdiyindən iki dəfədən çox artıq tank itirib. Lakin Ermənistan və Qarabağ ərazisində hələ də ermənilərə məxsus naməlum sayda tanklar mövcuddur. Rəsmi Bakı dəfələrlə Ermənistanın dünya ictimaiyyətini aldatdığı, bir çox silah və texnikaları beynəlxalq nəzarətdən gizlədilməsi üçün işğal altındakı ərazilərdə yerləşdirdiyi barədə bəyanat səsləndirib.

Son döyüş əməliyyatları Azərbaycanın səsləndirdiyi bəyanatları bir daha təsdiq etdi. Lakin nə Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin icrasına cavabdeh olan rəsmilərdən, nə Ermənistanda bu nəzarət funksiyalarını həyata keçirən komissiya üzvləri tərəfindən heç bir izahat səsləndirilməməsi təəssüf hissi doğurur.

Maraqlıdır ki, beynəlxalq müqavillərdə nəzərdə tutulduğundan dəfələrlə çox silaha malik olan Ermənistana hələ də bir çox ölkələrdən "humanitar yardım" adı altında silah tədarükü davam edir. Moskvadan, Minvoddan, Novosibirskdən təchizat "humanitar reyslərlə davam edir. PKK nəzarətində olan İraqın Süleymaniyyə hava limanından göndərilən minaatanlar Qarabağda geri çəkilən Ermənistan ordusunun tərk etdiyi silahlar arasında yer almaqdadır. Yunanistanın "Olympus" aviakompaniyası da silah daşınmasında iştirak edir.

Çatdırılan silahların Gəncə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Göranboy, Kürdəmir, Qəbələ, Siyəzən, Xızı, Abşeron və Beyləqan rayonlarının şəhər və kəndlərinin mülki əhalisinə qarşı istifadə edilir. Görəsən, buna göz yuman cavabdeh qurumlar adıçəkilən ərazilərdə məhv olan günahsız insanların, xüsuslə də körpələrin həyatı üçün məsuliyyət daşıdıqlarını hiss edirlərmi?

Maraqlıdır ki, müasir peyklər yer səthində hərəkət edən avtomobilin dövlət nömrə nişanını təyin etdiyi bir dövrdə, Ermənistan kimi primitiv ölkə yüzlərlə tankı və digər silah sistemlərini uğurla gizlətməyə nail olması real görünmür. Ən azından Azərbaycan illərdir ki, bu barədə həyəcan təbili çalır. Görünür ki, cavabdeh qurumlar bu faktları, sadəcə, görmək istəməyib. Hazırda isə vizual olaraq Ermənistan tanklarının sayı təsdiqlənib. Əgər münaqişənin həllinə və silahların kvotasına cavabdeh olan qurumlar, nüfuzunuzu qorumaq və günahsız körpələr qarşısında günahınızı az da olsa yumaq istəyirsinizsə, o zaman buyurun: faktlar ortada, növbə isə Sizdədir.

Ədalət Verdiyev, hərbi ekspert
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.