Siyasət

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda tələbələr erməni təbliğatına qarşı etiraz edir

19 Oktyabr 2020 15:48
Baxış: 1 432

Dağlıq Qarabağ müharibəsinin təsiri erməni diasporunun səyləri ilə Moskvanın ali təhsil müəssisələrinə də yayılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazır.

Qeyd olunur ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) "İdarəçilik və siyasət" fakültəsinin dekanı Henri Sərdaryanın səyləri Ermənistanın Soros hakimiyyətinin təbliğat məkanına çevrilir. Bu təbliğat prosesində Rusiyanın milli maraqları və strateji tərəfdaşlarla, xüsusilə də Türkiyə ilə münasibətləri şübhə altına alınır.

Vəziyyət o yerə çatıb ki, MDBMİ tələbələri institutda nifrəti körüklədiyi üçün dekanın azad olunmasını tələb edirlər.

Tələbələr bununla bağlı hətta petisiya da tərtib ediblər. Hazırda bu petisiyanı 1 200 tələbə imzalayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.