Ermənistanın hərbi potensialı niyə tükənmir? - Ekspert AÇIQLADI
"Emənistanın iqtisadi potensial nöqteyi nəzərindən Azərbaycanla müharibə aparmaq qabiliyyəti yoxdur və ola da bilməz".
Bunu Milli.Az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.
Ekspert bildirib ki, iqtisadi inkişaf səviyyəsi aşağı olan bir ölkə uzun müddət müharibə aparırsa, demək ki, bu müharibədə üçüncü qüvvənin gözəgörünməz iştirakı mövcuddur:
"Sadəcə olaraq müasir dövrdə geosiyasi vəziyyət, o cümlədən bir çox ölkələr arasında olan mövcud münaqişələr, hətta hərbi toqquşmalar səviyyəsində baş verən bəzi hadisələr onu göstərir ki, müasir dövrdə müharibə amilində heç də tərəflər üzrə iqtisadi potensial amili əsas rol oynamır. Baxırsan ki, heç bir iqtisadi inkişaf səviyyəsi yoxdur, hərbi-iqtisadi potensialı, siyasi nüfuz dərəcəsi də elə bir yüksək səviyyədə deyil, amma uzunmüddətli müharibə aparır və yaxud da ki, bu müharibəyə cəlb olunur, davamlı olaraq o müharibədə iştirak edir. Bu onu göstərir ki, ölkəyə üçüncü bir tərəf dəstək olur və o müharibənin aparılmasında həmin üçüncü tərəfin görünməz iştirakı olur.
Ermənistanla Azərbaycanın müharibəsində iqtisadi potensial əsas rol oynamır
Ermənistanın nə dövlət büdcəsinin səviyyəsi, nə valyuta ehtiyyatlarının həcmi, nə 1 il ərzində istehsal olunan ümumi-daxili məhsul istehsalı həcmi, nə əhali potensialı, nə də bu kimi digər amilləri Azərbaycanla bir tərəziyə qoyulası deyil, müqayisə olunası deyil. Amma diqqət yetirin, 30 ildir Ermənistan Azərbaycanın 20% ərazisini işğal altında saxlayıb və 20 gündür rəşadətli ordumuzun apardığı bu əməliyyatlar zamanı müqavimət göstərir. Biz əslində Ermənistan iqtisadiyyatının hansı vəziyyətdə olduğunu və bu il ərzində koronavirusla bağlı hansı sarsıntılar keçirdiyini, hansı vəziyyətdə olduğunu bilirik. Ölkədən əhali başqa ölkələrə qaçır, işsizlik səviyyəsi yüksəkdir, valyuta ehtiyyatları hələ arta-arta bu ilin sentyabrında çox gülünc bir rəqəmə, 2 milyarda çatıb. Amma diqqət yetirin, 20 günün ərzində Ermənistana məxsus döyüş meydanında az qala 1 milyard dollardan çox hərbi silah və sursat məhv edilibdir, amma yenə də onlar müqavimət göstərir. Bu nəyi göstərir?! Deməli, Ermənistanla Azərbaycan hərbi qarşıdurmasında tərəflərin sırf iqtisadi potensial heç də əsas rol oynamır. Burada üçüncü qüvvənin gözəgörünməz iştirakı mövcuddur.
Azərbaycan dayanmadan aylarla müharibə aparmaq gücündədir
Hər bir erməni əsgərnin avtomatdan atdığı adi güllənin belə pulu heç də düşmən ölkənin dövlət büdcəsi hesabına ödənilmir. Əgər ödənilərdisə, bu gün Azərbaycanın işğal olunan ərazilərində 20 gündür ki, müharibə gedir və 1 milyarddan artıq silah-sursat itirib, bununla belə həkə də müqavimət göstərirsə, bu, Ermınistanın iqtisadi potensialının göstəricisi deyil. Sənin 2 milyarddan bir az artıq valyuta ehtiyyatın olsun, 19 gündə döyüş meydanında bir milyard dollardan artıq itki verəsən və sən hələ də müqavimət göstərəsən. Bu məsələdə sırf iqtisadi potensialın önə çəkilməsi o qədər də məntiqi deyil və heç bir əhəmiyyət daşımır. Bu gün bir reallıq var ki, bəli, bu gün Azərbaycan müharibəni öz iqtisadi potensialı hesabına aparır. Azərbaycanın həm iqtisadi potensialı, həm resurusları imkan verir ki, biz ərazilərimizin işğaldan azad olunması uğrunda müharibəni aylarla apara bilək".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nazir: "Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır"
-
Azərbaycan səfiri etimadnaməsinin surətini Peru XİN-ə təqdim edib - FOTO
-
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
-
Parlamentdə 10 məsələ müzakirəyə çıxarılır
-
Azərbaycan Rusiyanı təbrik edib
XƏBƏR LENTİ
-
"Deyib ki, Aysun efirə çıxmaq üçün aparıcılara yalvarır"
-
Azərbaycanda güclü zəlzələ oldu
-
"Ailələrin dağılma səbəbi kişilərdir"
-
Cemre Baysal yenidən əməliyyat olunacaq - FOTO
-
Yalan məlumat verənlər 5 min manat cərimələnəcək - Qərar
-
İradə İbrahimova: "Restoranda 5 mindən çox hesab ödədim"
-
Bakıda 22 yaşlı narkokuryer tutuldu
-
Türkiyədə 10 illik cinayətin üstü açıldı: Rəqqasənin qatilləri tapıldı - VİDEO
-
Azərbaycanda şirkət rəhbərləri saxlanıldı - Təfərrüatlar
-
Dənizdə təhlükəsiz üzmə müddəti neçə dəqiqədir?
-
İyunun 15-də "ASAN xidmət" və "ASAN kommunal" işləməyəcək
-
Türkan meydan oxudu: "Nəfəs, Kəmalə Günəşli mənim kimi oxuya bilər?" - VİDEO
-
Dursun Həsənov qəfildən vəfat etdi
-
Xırdalanda Dost Mərkəzinin yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNİB
-
Tailandda 15 günlük matəm elan olundu
-
Argentina millisində gözlənilməz çağırış: Tətilini yarımçıq qoydu - VİDEO
-
Naxçıvanda idarəçilik modeli yenilənir
-
Afrikalı hakimin DÇ-2026-ya buraxılmamasının səbəbi bilindi
-
Məşhur türkiyəli müğənni 72 kilo arıqlayıb tanınmaz hala düşdü - VİDEO
-
“Qalatasaray” Van Deykə təklif göndərəcək
-
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
-
Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək
-
Sürücülük hüququ ömürlük verilə bilərmi?
-
Tramp: ABŞ və İran arasında müharibənin dayandırılması barədə razılaşma var





