Siyasət

Keçmiş səfir: "Mülki yaşayış massivlərinə hücum hərbi cinayətdir"

11 Oktyabr 2020 16:39
Baxış: 1 191

Ermənistanın Azərbaycanın mülki yaşayış massivlərinə və qeyri-hərbi məkanlara etdiyi hücumlar hərbi cinayətdir.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib.

M.Pakayinin sözlərinə görə, buna görə də, yaşayış massivlərinə hücum edən ölkə ilə cinayətkar ölkə olaraq davranmaq lazımdır.

Pakayin əlavə edib ki, Ermənistanın Azərbaycanın şəhərlərinə hücumları beynəlxalq normalara ziddir. Beynəlxalq dairələr və insan haqları təsisatları Ermənistanın cinayətini qınamalıdırlar.

"BMT Təhlükəsizlik Şurası bu sahədə aktivləşməli və müharibənin yaşayış massivlərinə və qeyri-hərbi obyektlərinə yönəlməsinə icazə verməməlidir" -deyə o qeyd edib.

İranlı keçmiş səfir deyib ki, atəşkəsin davamlı olmasının əsas şərtlərindən biri Ermənistanın işğalına son qoyulmasıdır:

"Öz ərazisinin bir hissəsinin işğal altında qaldığına görə, Azərbaycanın qanuni haqqıdır ki, ərazilərini işğaldan azad etmək üçün çalışsın və addımlar atsın.

Ümid edirik ki, işğal olunmuş Azərbaycan əraziləri işğaldan azad ediləcək və sonra isə davamlı müzakirələrin aparılması ilə Azərbaycan və Ermənistan arasındakı ixtilaflara həll olunacaq".

Keçmiş səfir Allahdan Azərbaycanın şəhidlərinə rəhmət diləyib və Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması ilə şəhidlərin qanının yerdə qalmayacağına ümid edib.

Pakayin bildirib ki, İranın özü də İraq tərəfindən elan olunmamış müharibə ilə üzləşib. 8 il ərzində (1980-1988) İrana qarşı müxtəlif hərbi hücumlar olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.