Siyasət

Britaniyada Ermənistanın hərbi təcavüzünü pisləyən qətnamənin qəbulu təklif edilib

7 Oktyabr 2020 13:36
Baxış: 776

Böyük Britaniya Parlamentinin Nümayəndələr Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Blekman Böyük Britaniya hökumətini 1994-cü ildə əldə edilmiş atəşkəsi kobud şəkildə pozduğuna görə Ermənistanı pisləməyə çağıran qətnamənin qəbul olunmasını təklif edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Parlamentinin saytına istinadən məlumat verir.

Qətnamədə Ermənistanın 27 sentyabr 2020-ci ildə başlayan və hər gün daha da böyüyən, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi bölgə üzərində qanunsuz hərbi nəzarətindən qaynaqlanmış münaqişəni daha da kəskinləşdirən təcavüz aktı qeyd edilib:

"Nümayəndələr Palatası Böyük Britaniya hökumətini Ermənistanı 1994-cü ildə əldə edilmiş atəşkəsi kobud şəkildə pozduğuna və Azərbaycanın silahlı qüvvələri, mülki şəxslərinin mövqelərinə intensiv hücumda iriçaplı silah, minaatan və artilleriya silahlarından istifadə etdiyinə görə pisləməyə və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə göstərildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qanunsuz olaraq işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.