Trend BİA-nın baş redaktoru ərəb telekanallarına Dağlıq Qarabağdakı vəziyyəti şərh edib - VİDEO - FOTO
Trend BİA dünya ictimaiyyətini Dağlıq Qarabağda baş verən hadisələr barədə fasiləsiz məlumatlandırır.
Milli.Az bildirir ki, bunu Trend BİA-nın baş redaktoru Rufiz Hafizoğlu "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsində gərginliyə görə məhz Ermənistan məsuliyyət daşıyır:
"Erməni qoşunlarının hərbi təxribatına cavab olaraq Azərbaycan ordusu əks-hücuma keçdi. Sülh tərəfdarı olduğunu iddia edən Ermənistan sülhün nə olduğunu bilmir və məhz Yerevan regionda münaqişənin eskalasiyasında məsuliyyət daşıyır".
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın bu vəziyyətdə Azərbaycanı günahkar hesab etmək, təcavüzkar kimi göstərmək cəhdləri uğursuzluğa düçar olub:
"Paşinyan öz xalqını aldadır və işğal olunmuş ərazilərdə vəziyyəti gərginləşdirməklə ölkə daxilindəki iqtisadi və siyasi problemlərdən diqqət yayındırmağa çalışır".
R.Hafizoğlu Misirin "Əl-Şuruq" telekanalının efirində çıxışı zamanı ərəb tamaşaçıların diqqətinə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərnə Livan, Suriya, İraq, eləcə də Misirdən erməniləri köçürməsini çatdırıb.
O qeyd edib ki, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur və BMT Təhlükəsizlik Şurasınını Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrini diqqətə almır:
"Dünya ictimaiyyəti, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatının ərəb üzv ölkələri Azərbaycanla həmrəylik nümayiş etdirməlidir".
Rusiyanın ərəbcə yayımlanan "Rusiya əl-yaum" telekanalında danışan R.Hafizoğlu vurğulayıb ki, Azərbaycan bütün cəbhə xətti boyunca Ermənistan tərəfindən təxribat və reaksiyaya adekvat cavab verib:
"Azərbaycan öz ərazisində hərbi əməliyyatlar keçirir və öz ərazilərini erməni işğalından azad edir. Hamıya məlumdur ki, ATƏT Minsk qrupu münaqişənin tənzimlənməsi üçün heç bir addım atmır və bunun nəticəsində işğalıçı qüvvələr Azərbaycan torpaqlarında daha da möhkləmlənir" .
O qeyd edib ki, bəzi KİV-lər tərəfindən yayılan, guya Türkiyənin Azərbaycana Suriya və Livaandan silahlıları yollaması barədə məlumat Azərbaycan və Türkiyəyə qara yaxmaq üçün növbəti erməni dezinformasiyasıdır:
"Ermənistan hakimiyyəti Azərbaycanın işğal olunmuş ərazilərini PKK və ASALA terrorçularının yuvasına çevirib".
Mövcud vəziyyəti Omanın "WisalFM" radiosuna da şərh edən baş redaktor deyib ki, erməni qoşunlarının cəbhəyanı zonada Azərbaycanın dinc əhalisinə qarşı təxribatları ilk dəfə törətmir:
"Azərbaycan öz ərazilərini azad etməyi hədəfləyir və bütün dünya qəbul edir ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon Azərbaycanın ərazisidir".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
XİN gəmidə yaralanan azərbaycanlıların vəziyyətini AÇIQLADI
-
Köçəryan Paşinyanı hədələdi
-
Paşinyan Bakıya gələcək - Özü AÇIQLADI
-
XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama
-
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
-
CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik - MEDİA
XƏBƏR LENTİ
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
-
Danimarka - Ukrayna matçı dayandırıldı - faciəvi səbəb
-
Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı
-
Paşinyanı ilk o, təbrik etdi - FOTO
-
Aylardır ki, oğlunun qəbrinin yanında yatır - FOTOLAR
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
Perez yenidən "Real Madrid"in prezidenti seçildi
-
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
-
General-polkovnik şəhid övladları ilə bir arada: Çövkən üzrə Dünya Çempionatı başladı - FOTO
-
“Neftçi” bu legionerlə yollarını ayırdı
-
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb - VİDEO - FOTO
-
"Barselona" Yamala şərt qoydu
-
Azərbaycanlı şagird “WhatsApp”a bənzər tətbiq yaratdı





