Siyasət

YT Parkın direktoru: Zavodumuz Azərbaycan Ordusunu mühərrik yağları ilə təchiz etməyə hazırdır

29 Sentyabr 2020 18:42
Baxış: 1 352

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) Təcrübə-Sənaye Zavodu Azərbaycan Ordusunu mühərrik yağları ilə təchiz etməyə hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu YT Parkın direktoru Vasif Abbasov deyib.

Parkın direktoru vurğulayıb ki, rəhbərlik etdiyi qurumun rezidenti olan AMEA-nın Təcrübə-Sənaye Zavodunda ən müasir tələblərə cavab verən, yüksək keyfiyyətə malik mühərrik, transmissiya, kompressor, hidravlika yağları, sürtkü materialları və s. istehsal edilir.

Onun sözlərinə görə, Təcrübə-Sənaye Zavodu zərurət yarandığı halda Azərbaycan Ordusuna dəstək verməyə, Ordumuzu müxtəlif mühərrik yağları və digər vasitələrlə təchiz etməyə hazırdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.