Siyasət

Dövlət Duması Qarabağda sülh yolu ilə tənzimlənməyə kömək göstərməyə hazır olduğunu bildirib

29 Sentyabr 2020 16:36
Baxış: 1 261

Rusiya Dövlət Duması Dağlıq Qarabağda vəziyyətlə bağlı bəyanat yayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Dövlət Duması tərəfləri atəşi dayandırmağa çağırır və dinc yolla tənzimləmə üçün vasitəçilik köməyini göstərməyə hazır olduğunu bildirir.

Rusiyalı deputatlar Dağlıq Qarabağ münaqişə zonasında vəziyyətin kəskinləşməsi, çoxsaylı insan itkiləri ilə əlaqədar ciddi narahatlığını bildirir və güc tətbiq olunmasını qətiyyətlə pisləyir:

"Dövlət Duması atəşin dərhal dayandırılmasının zəruriliyi, regionda eskalasiyanın qəbulolunmazlığını və münaqişənin sülh yolu ilə tənzimlənməsinin alternativsizliyini bəyan edir. Deputatlar tərəfləri tezliklə danışıqlar masasına qayıtmağa çağırır və vəziyyətin sabitləşməsi üçün vasitəçilik köməyini göstərməyə hazır olduğunu bildirir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.