Siyasət

Medvedevdən Qarabağ açıqlaması

28 Sentyabr 2020 15:36
Baxış: 4 637

Dağlıq Qarabağ münaqişə zonasında tənzimləmə sırf siyasi-diplomatik vasitələrlə keçirilməlidir və böhranın aradan qaldırılması üçün bütün imkanlardan, o cümlədən ikitərəfli formatda istifadə etmək lazımdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsində növbəti gərginlik qan tökülməsinə, insan ölümünə gətirib çıxardı:

"Dağlıq Qarabağ problemini güc yolu ilə həll etmək olmaz. Tənzimlənmə yalnız siyasi-diplomatik vasitələrlə keçirilməlidir, mən buna dəfələrlə, o cümlədən Rusiya adından iki ölkə rəhbərliyinin danışıqlarında vasitəçi olarkən də əmin olmuşam".

O əlavə edib ki, bu gün böhranın aradan qaldırılması üçün büyün imkanlardan istifadə etmək lazımdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.