Azərbaycan Respublikasındakı etnik icma rəhbərləri birgə bəyanat yayıb
Bu ilin 27 sentyabr tarixində Ermənistan növbəti hərbi təcavüzə əl ataraq, atəşkəs rejimini kobud şəkildə pozub, təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini, yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmuşdur. Azərbaycanın cavab həmlələri nəticəsində ciddi tələfat verən düşmən növbəti siyasi-ideoloji təxribata əl atır, Azərbaycan Respublikasının guya döyüş əməliyyatlarına müxtəlif xalqların nümayəndələrinin zorən gəlb etməsi barədə çirkin məlumat yaymışdır.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib:
"Onu da yaxşı bilirik ki, Azərbaycanda yaşayan xalqlar arasında əsrlər boyu davam edən sarsılmaz dostluq və qardaşlıq münasibətləri, onların vahid və bölünməz vətən naminə həmrəyliyi özünün sərsəm iddiaları ilə monoetnik dövlətə çevrilən irqçi Ermənistanda həmişə qısqanclıq və qıcıq hissi ilə qarşılanır. Çünki Vətənimiz Azərbaycanın ən böyük sərvəti onun etnik müxtəlifliyi, burada yaşayan bütün xalqların tarixi birliyi və qardaşlığıdır. Münaqişənin əvvəllərində olduğu kimi, bu gün də Azərbaycanın milli ordumusunun sıralarında Azərbaycanda yaşayan xalqların yüzlərlə, minlərlə nümayəndələri - əsgər və zabitləri vardır. Odur ki, terrorçu Ermənistan və onun havadarları münaqişənin ilk dövrlərindən etibarən Azərbaycan xalqları arasında münasibətləri pozmağa, etnik, dini zəmində süni qarşıdurmalar yaratmağa çalışmış və bu istiqamətdə pozuculuq fəaliyyətini indi də davam etdirməkdədir. Lakin onların bütün çirkin və mənəviyyatsız oyunları həmişə olduğu kimi bu gün də uğursuzluqla nəticələnir. Ermənistanın dövlətimiz üçün əlavə gərginlik mənbələrinin yaradılmasına yönəldilmiş təxribat cəhdləri sıralarımızı daha da möhkəmləndirir, bizi bir-birimizə bağlayan qardaşlıq tellərini daha sarsılmaz edir. Ermənistanın özünü Azərbaycanda yaşayan xalqların "dostu və himayədarı" kimi təqdim etməsi isə riyakarlıqdan başqa bir şey deyildir.
Biz Ermənistanın növbəti çirkin böhtan kampaniyasını qətiyyətlə pisləyir və bir daha bəyan edirik: İşğalçı və marionet Ermənistan dərk etməlidir ki, Azərbaycanın bütün xalqları Vətənimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın düşməndən azad olunması, məcburi köçkünlərimizin öz ata-baba yurdlarına, Azərbaycanın tarixi torpaqlarına qayıtması uğrunda aparılan müqəddəs mübarizədən heç vaxt kənarda qalmamışdır.
Biz etnik və dini mənsubiyyətimizdən asılı olmayaraq, Azərbaycan əsgərlərinin döyüş bölgələrində uğurlarına sevinəndə, şəhidlərimizə göz yaşları tökəndə onların etnik mənsubiyyətini soruşmuruq. Biz ürəkdən inanırıq və əminik ki, tezliklə Azərbaycanın rəşadətli ordusu üçrəngli bayrağımızı Şuşada, Xankəndində dalğalandıracaq, şəhidlərimizini qisasını alacaq və mənfur düşmən üzərində böyük qələbə sorağı ilə bizi sevindirəcəklər. Azərbaycan əsgərlərin isə hansı xalqa məxsus olmalarının, hansı dildə danışmalarının və hansı dinə tapınmalarının heç bir əhəmiyyəti yoxdur. Çünki, Azərbaycan bizim doğma Vətənimiz, Azərbaycan Respublikası bizim də dövlətimizdir. Onun hər qarış torpağı Azərbaycan xalqları üçün müqəddəs və əzizdir. Qələbə bizimdir!"
İmamverdi Həmidov,
talış icmasının ağsaqqalı
Əhməde Həpo,
kürd icmasının ağsaqqalı,
İmran Rzayev,
"Samur" Ləzgi Milli Mərkəzi,
Məhəmməd Nooyev,
Azərbaycan-Avar İctimai Birliyinin sədri,
Mixail Zabelin,
Azərbaycanda Rus İcması
Elman Əhmədov,
"Azəri" tat mədəniyyət mərkəzi ictimai birliyi
Milix Yevdayev
Bakı Dağ Yəhudiləri Dini İcması
Robert Mobili
Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcması
Aleksandr Şarovski
Avropa Yəhudilərinin Bakı Dini İcması
Rafiq Abdullayev,
Buduq" Xeyriyyə Cəmiyyəti
Gülcan Miəsautova
"Tuqan tel" Tatar Mədəniyyəti Cəmiyyəti
Ismayıl Rəhimov
Azərbaycanda Yaşayan Axısxa Türkləri "Vətən" İctimai Birliyi
Sevinc Bulacova
İngiloy İcması
Rafael Qvaladze
Azərbaycanda yaşayan Gürcü İcması
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik - (Video)
-
Pakistan və Türkiyə nümunəsi - Təmənnasız və təmənnalı qardaşlıq
-
Prezident bu şəxsləri təltif etdi - Sərəncam
-
Azərbaycanın son 1 ildə Ermənistana satdığı məhsullar - Siyahı
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
XƏBƏR LENTİ
-
Dünyanın ən çox qazanan 10 futbolçusu
-
Dueyn Conson 22 kilo arıqladı - (Foto)
-
Qışda nə bişirək? – Hər evdə olan ərzaqlarla 6 resept
-
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
-
Sürücülərin bilməli olduğu 10 hiylə: Xərciniz azalacaq
-
Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - (Video)
-
Şimali Koreya iddialarla çalxanır: Kim Çen Inın bacısı hakimiyyətə gəlir?
-
Bakıda dərs saatları dəyişdirilə bilər? – Ekspert rəyi
-
Parisdə komendant saatı elan olundu
-
Paltaryuyana 2 ədəd atın - elektrik xərcləri 2 dəfə azalır
-
Günün qoroskopu: Həyatınızda ani və müsbət bir dəyişiklik gözlənilir
-
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
-
Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - (Video)
-
Peruda sərnişin təyyarəsi havaya qalxarkən alovlandı - (Video)
-
Kim Çen Inın öldüyü xəbəri yayılıb
-
Toral oynadı, komandası qalib gəldi
-
Ronaldu cərimə ödəyəcək
-
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - (Foto)
-
Tək qolu ilə tikintiyə aid hər işi bacarır - (Video)
-
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - (Foto)
-
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Çempionlar Liqasında asan oyun olmur” - Valdas Dambrauskas
-
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - (Foto)
-
"Eşref Rüya"nın aktrisası yeni serialda - (Foto)





