Siyasət

Dövlət Baxçalı: "Qanımızla, canımızla, varlığımızla Azərbaycanın yanındayıq"

27 Sentyabr 2020 18:20
Baxış: 1 397

Yeganə məqsədi türklərə qarşı düşmənçilik olan Ermənistan və onun muzdlu silahdaşlarının türk milləti qarşısında dayanma ehtimalı yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu fikirləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib.

D.Baxçalı bu fikirləri ifadə edib: "Ermənistanın bu gün səhər saatlarında qardaş ölkə Azərbaycanın hərbi birləşmələrinə və mövqelərinə qarşı həyata keçirdiyi hücumlar düşmənlikdir, yeni bir qanlı səhifənin açılması deməkdir. Qarabağ türkündür, türk vətənidir. Heç kim bu möhkəm və müstəsna həqiqəti dəyişdirə bilməyəcək. Yeganə məqsədi türklərə qarşı düşmənçilik olan Ermənistan və onun muzdlu silahdaşlarının türk milləti qarşısında dayanma ehtimalı yoxdur. Qanımızla, canımızla, varlığımızla Azərbaycanın yanındayıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.