Siyasət

Fransa XİN Dağlıq Qarabağda gərginliklə bağlı bəyanat yayıb

27 Sentyabr 2020 16:12
Baxış: 1 753

Fransa Xarici İşlər Nazirliyi (XİN) Ermənistan və Azərbaycan arasında gərginliklə bağlı bəyanat yayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bəyanatda deyilir ki, Fransa Dağlıq Qarabağdakı vəziyyətlə bağlı narahatlıq keçirir:

"Fransa davam edən genişmiqyaslı toqquşmalardan, xüsusilə mülki əhali arasında itkilərin olması xəbərindən dərin narahatlıq keçirir. Biz tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və dialoqu bərpa etməyə çağırırıq.

Fransa Minsk qrupunun həmsədri olaraq, Rusiya və amerikalı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun olaraq, danışıqlar yolu ilə davamlı həllinə nail olmaq üçün öz öhdəliyinə sadiq qaldığını bir daha təsdiq edir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.