Siyasət

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlib

25 Sentyabr 2020 11:16
Baxış: 551

Avropa İttifaqının (AI) Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə T.Klaar öz "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, iki gün davam edəcək görüşlər üçün Bakıya gəlib:

"Aİ Cənubi Qafqazda sülh və sabitliyin olmasında maraqlıdır. Gərginliyin azaldılması və ATƏT Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında ilkin şərtlər olmadan substantiv danışıqlar prosesini bərpa etmək vacibdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.