“The London Post” nəşri deputat Sevil Mikayılovanın ermənilərin Azərbaycana aqressiyası barədə açıqlamasını yayımlayıb
Məşhur "The London Post" nəşri "Azərbaycan və Türkiyənin silahlı qüvvələrinin təlimləri rəşadət və müdafiə gücünün nişanıdır" ("'Turkey-Azerbaijan Military forces drills sign of courage, defense power") başlıqlı material dərc edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, qəzet Milli Məclisin deputatı Sevil Mikayılovanın səsləndirdiyi fikirləri dərc edib.
"The London Post" vurğulayır ki, Ermənistan tərəfindən Azərbaycanın qərb sərhədlərinə böyük təhdid istənilən an müharibəyə yol aça bilər.
Məqalədə qeyd olunur ki, Türkiyə ilə Azərbaycan arasında irimiqyaslı hərbi təlimlər iki ölkənin gücünü, cəsarətini və qoşunlarının müdafiəqabiliyyətliliyini nümayiş etdirdi:
"Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq hər hansı bir ölkə və ya təşkilata qarşı yönəlməyib, bu, iki dövlətin tarixi, mədəni köklərinə və etnik kimliyinə söykənən sülh və tərəfdaşlıq naminə əməkdaşlıqdır. Azərbaycan üçün Türkiyə ən yaxın müttəfiq və qardaş ölkədir".
S.Mikayılova vurğulayıb ki, Ankara hər zaman Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Bakının ədalətli mövqeyini dəstəkləyib: "Biz son hücumlar zamanı dərhal göstərilən dəstəyə görə qardaş Türkiyəyə minnətdarıq".
Qəzet qeyd edib ki, Azərbaycanla Türkiyə arasında birlik regional əməkdaşlığın bütün formatlarının əsasını qoyur və bu birlik regional sülhə, əməkdaşlığa xidmət edir:
"Türkiyə dəfələrlə Dağlıq Qarabağ münaqişəsini milli məsələ kimi nəzərdən keçirdiyini bəyan edib və Ankara heç vaxt bu məsələ ilə bağlı mövqeyini dəyişməyəcək. İki qardaş ölkə arasındakı münasibətlər bütün dünyada nümunəvidir və bütün sahələrdə ən yüksək səviyyədə inkişaf edir".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Hikmət Hacıyev ilə Armen Qriqoryan Ermənistanın Dilican şəhərində görüşüb
-
Pakistan və Türkiyə XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi
-
“Şuşa Bəyannaməsi hərbi əməkdaşlıq və qarşılıqlı yardım sahəsində tarixi nailiyyətdir” - Kamaləddin Qafarov
-
Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı
-
Seyid Əli Xameneinin dəfn tarixi və yeri açıqlandı
-
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
XƏBƏR LENTİ
-
"Elə davranırlar ki, sanki buralar ulu babalarından miras qalıb" - Xəzər sahilində daha bir hasarlama
-
Tramp və Putin telefon danışığı aparıb
-
Tramp: “Beyruta hücum bu qədər mühüm prosesi pozmamalıdır”
-
"Məni tanımır, hərdən mənə "ana" deyir"
-
Azərbaycanda nümunəvi addım: Ağır qəza keçirən şəxs bütün orqanlarını bağışladı
-
Fransa yeni nüvə raketi hazırlayır
-
Rza Cəfərova xaricdən 4 təklif var
-
Ermənistanda seçkilərin yekun nəticələri açıqlandı
-
Flora Kərimovanın son vəziyyəti açıqlandı
-
Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin
-
Dünya çempionatında rekord qırdı
-
Analitiklərdən 2026 Dünya Kuboku ilə bağlı milyardlıq proqnoz
-
Hikmət Hacıyev ilə Armen Qriqoryan Ermənistanın Dilican şəhərində görüşüb
-
OpenAI “ChatGPT”nin yeni funksiyasını Messi ilə tanıtdı
-
Arda Turan Ukraynada ilin məşqçisi seçildi
-
Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq
-
Bakıda 14-cü Özəl Sektor Forumu keçiriləcək
-
Gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirildi
-
İsveçrədə əhalinin sayına limit qoyulması ilə bağlı referendum keçirildi
-
İran hər oyundan sonra ABŞ-ni tərk edəcək?
-
İsrail qırıcıları Beyrutu hədəfə aldı
-
Sezar Henrike "Şamaxı"nı tərk etdi, Ermənistan klubuna keçdi
-
Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB
-
Popoviç: “Rəqib matç boyu təhlükə yaradırdı”





