Siyasət

Minsk Qrupu konkret münasibət bildirməlidir - Prezidentin köməkçisi

16 İyul 2020 15:31
Baxış: 856

Tovuzdakı təxribat Ermənistanın Azərbaycana qarşı çirkin əməlləridir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu barədə lazımi beyməlxalq təşkilatlara məlumat verilib: "BMT, Qoşulmama Hərəkatı, ATƏT-ə də lazımi məlumat verilib. Digər beynəlxalq təşkilatlara da məlumat verilib. Türkiyə tərəfindən məsələyə dərhal reaksiya verilib, İƏT-in mövqeyi açıqlandı. İƏT-ə üzv olan 57 dövlət, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İran, Səudiyyə Ərəbistanı da bizim məlumatlarımıza dəstək verib. Ermənistanın hərbi təcavüz aktına ATƏT-in Minsk Qrupu konkret münasibət bildirməlidir. Təəssüf ki biz yenə də standart cavablar alırıq".

H.Hacıyev bildirib ki, Ermənistan bu hadisənin məsuliyyətini Azərbaycanın üzərinə atmaq istəyir: "Lakin Cənab Prezidentin vaxtında atdığı addımlar nəticəsində Ermənistanın niyyəti ifşa edildi. Ermənilər itkilərini gizlədir. Bu əməllər də beynəlxalq ictimaiyyət tərəfindən izlənilir.

Axərbaycan Ordusunun şəxsi heyətlə komplektləşməsi üçün heç bir problem yoxdur. Azərbaycan Silahlı Qüvvələri bu gün yüksək texnologiyalardan istifadə edir. Bunun üçün yüksək səviyyəli təlimlər və kurslar vacibdir. Bu kurslar bu gün yüksək səviyyədə həyata keçirilir".

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.