Siyasət

Arye Qut: Artıq bu müstəvidə çox ciddi fikir mübadiləsi aparmaq mümkündür

9 İyul 2020 15:39
Baxış: 936

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələrinin videokonfransına qoşulan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, siyasi analitik, "The Jerusalem Post" qəzetinin siyasi şərhçisi Arye Qut belə deyib.

Milli.Az xəbər verir ki, komitədən Trend-ə verilən məlumata görə, beynəlxalq videokonfransı giriş sözü ilə açan Fuad Muradov dövlətimizin diaspor siyasətindən, Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin və "Qarabağ" məktəblərinin COVID-19 koronavirus pandemiyası dövrünə qədər və sonra göstərdikləri fəaliyyət, diaspor təşkilatlarının Azərbaycan səfirlikləri ilə əlaqəli şəkildə çalışmaları barədə danışıb. Pandemiya dövründə azərbaycanlıların birləşməsi, fəallıq göstərmələri, qarşılıqlı yardımlaşmaları, Dövlət Komitəsinin diaspor təşkilatlarına maddi və mənəvi dəstək göstərməsi, xaricdə müvəqqəti çətinliklə üzləşmiş 6 mindən çox soydaşımıza yardım edilməsi və sair məsələlər nəzərə çatdırılıb, Koordinasiya Şuralarının fəaliyyəti müsbət qiymətləndirilib.

Müzakirələr zamanı tədbir iştirakçıları komitənin fəaliyyətində dönüşün və yeni dövrün başlaması, maraqlı və müxtəlif layihələrin həyata keçirilməsi, azərbaycanlıların birləşməsi və təşkilatlanması isiqamətində atılan addımlar barədə danışıb və bu sahədə görülən işləri yüksək dəyərləndirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.