Siyasət

"Bizim tərəfdən atılan addımlar indiyə kimi beynəlxalq qurumlarda mövqeyimizin bərkidilməsinə hesablanıb"

22 May 2020 10:07
Baxış: 825

Qənaətimə görə, Beynəlxalq qurumların hazırda, öz fəaliyyətləri Azərbaycan respublikasının ərazi bütövlüyünün bərpasına, Dağlıq Qarabağın bu və ya digər şəkildə Ermənistana verilməsi deyil, status-kvonun qorunması və hər vəchlə, nəyin bahasına olursa olsun, müharibənin başlanmamasına hesablanıb.

Milli.Az xəbər verir ki, bu sözləri hərbi ekspert Heydər Mirzə İctimai Televiziyanın efirində yayımlanan 3D verilişində deyib.

"İşğal olunmuş ərazilərin, faktiki deyil, mövcud status-kvonun hüquqi olaraq bərkidilməsinə hesablanan addımları hesab edirəm ki, Azərbaycan üçün qırmızı xətt kimi qiymətləndirmək olar.

Beynəlxalq qurumlar abstrakt anlayış deyil, dövlətlərdən ibarətdir və Beynəlxalq institutlarda, təşkilatlarda təbii ki, supergüclərin rolu çox böyükdür. Bu və ya digər təşkilatın mövqeyi orada oturan nəhəng dövlətlərin və onların ətrafında toplaşan müttəfiqlərin, rəqiblərinin mövqeyindən ibarətdir.

Cənubi Qafqaz çox mürəkkəb regiondur və burada tək Azərbaycanla Ermənistanın maraqları deyil, müxtəlif regional supergüclərin maraqları toqquşur və Azərbaycan tərəfindən verilən bəyanatlar, bizim tərəfdən atılan addımlar indiyə kimi beynəlxalq qurumlarda bizim mövqeyimizin bərkidilməsinə hesablanıb".

Bəxtiyar Umarlı
Milli.Az

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.