"Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir"
Bu gün bütün ölkələrin gündəliyində duran ən vacib məsələ məhz vətəndaşların koronavirus infeksiyasına yoluxmasının qarşısını almaqdan ibarətdir. Azərbaycan da bu istiqamətdə bütün zəruri addımları atır. Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə səmərəli əməkdaşlıq edir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
C.Feyziyev bildirib ki, yayılmaqda davam edən virusun ÜST tərəfindən pandemiya elan olunmasından etibarən, Azərbaycan hökuməti virusla mübarizəni ÜST-ün tövsiyələri istiqamətində aparır:
"ÜST-ün Azərbaycanın koronavirusla mübarizədə atdığı addımları nümunəvi adlandırması onu deməyə əsas verir ki, hökumətimiz qlobal miqyasda aparılan bu mübarizənin önündə gedir".
Deputat qeyd edib ki, Azərbaycanda bu günə qədər koronavirusu müəyyən etmək üçün 60 mindən artıq testin keçirilməsi, hökumətin müvafiq qurumların prioritetlərini vaxtında və düzgün müəyyən etdiyini və vaxtında ölkəyə kifayət qədər test materialları alıb gətirdiyini göstərir:
"Epidemiya yayılmağa başladığı gündən etibarən, intensiv olaraq testlərin tətbiqi, yoluxmuş insanların vaxtında aşkar olunmasını və lazımi təcrid tədbirlərinin görülməsini mümkün edib. Buna görə də ölkəmizdə bu virusun yayılma səviyyəsi bir sıra Avropa ölkələrində olduğu kimi nəzarətdən çıxmayıb. Aşkar olunmuş xəstələr bu xəstəlik üçün ayrılmış tibb müəssisələrində müalicəyə cəlb olunub. Hazırda ölkənin paytaxtında və müxtəlif bölgələrində 20-dən çox xəstəxana koronavirus xəstələrinin təcrid olunması və müalicəsi üçün tam hazır vəziyyətə gətirilib. Eyni zamanda, daha 10 modul tipli xəstəxananın quraşdırılması haqqında qərar qəbul olunub. Bu kimi önləyici tədbirlərin görülməsi virusun yayılma miqyasının tez bir zamanda lokallaşdırılmasına və məhdudlaşdırılmasına imkan verəcək".
C.Feyziyev vurğulayıb ki, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın müəyyən etdiyi karantin vəziyyəti mövcud reallıqdan doğur və dünya təcrübəsi də göstərir ki, epidemiyalar və qlobal pandemiyalar zamanı karantin tədbirləri xəstəliyə yoluxma hallarının qarşısının alınmasında ən səmərəli tədbirdir:
"Karantin tədbirləri vasitəsilə virusun yayılma arealı daraldılır. Yalnız karantin tədbirləri bütün dünya miqyasında aparılan digər müayinə və müalicə tədbirlərinin səmərəli olmasını şərtləndirir və mümkün edir. Bütün vətəndaşlar epidemiyanın tezliklə aradan qaldırılmasını istəyirlər. Buna görə də insanlar elan olunmuş karantin qaydalarına ciddi riayət etməlidir. Mövcud vəziyyətdə dövlət və cəmiyyətin qarşılıqlı razılaşma və dəstək şəraitində ahəngdar addımlar atması, problemin həllinin sürətlənməsinə kömək edəcək. Əks təqdirdə, virusun yayılması nəzarətdən çıxa və çoxsaylı insan tələfatına səbəb ola bilər. Hər bir vətəndaş məsuliyyətini dərk etməli və üzərinə düşən vəzifələri yerinə yetirməklə bu mübarizəyə öz töhfəsini verməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
XİN-dən Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
XƏBƏR LENTİ
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə apardı - (Foto)
-
Koutinyo Neymarla komanda yoldaşı oldu
-
Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - (Video)





