Siyasət

Almaniyanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırıb

19 Mart 2020 15:24
0 Şərh     Baxış: 1 082

Koronavirus infeksiyasının (COVİD-19) yayılması təhlükəsilə əlaqəli olaraq Almaniyanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə diplomatik səfirliyin rəsmi "Facebook" səhifəsində məlumat verilib.

"Hazırkı vəziyyət ilə əlaqədar olaraq 19 mart 2020-ci il tarixindən etibarən viza və konsulluq şöbəsinin fəaliyyəti 15 aprel 2020-ci il tarixinədək dayandırılır", - deyə paylaşımda qeyd edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.