Siyasət

MSK bu Seçki Dairələri ilə bağlı QƏRAR VERDİ - YENİLƏNİB

17 Fevral 2020 17:50
Baxış: 9 785

17:50

Mərkəzi Seçki Komissiyasının iclasında daha bir neçə Seçki Dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, müzakirələrin yekununda 9 saylı Binəqədi İkinci Seçki Dairəsi, 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsi, 86 saylı İsmayıllı Seçki Dairəsi, 66 saylı Biləsuvar Seçki Dairəsi üzrə müraciətlərin də araşdırılması üçün müvafiq Dairə Seçki komissiyalarına göndərilməsinə qərar verilib. 

---------

16:45

12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə müraciət də aidiyyəti üzrə baxılması üçün dairə seçki komissiyasına göndərilib.

--------

16:40

51 saylı Qusar, 68 saylı Cəlilabad kənd, 98 saylı Şəmkir şəhər, 108 saylı Ağstafa, 24 saylı Nizami birinci və digər bir neçə seçki dairələri üzrə müraciətlər qanunvericilikdə nəzərdə tutulan müddət ötürülməklə göndərildiyi üçün baxılmamış saxlanılıb.

----------

16:19

Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkiləri ilə bağlı iclası başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclası MSK-nın sədri Məzahir Pənahov açıq elan edib.

O qeyd edib ki, iclasda seçkilərlə bağlı müraciətlərə baxılacaq.

İclasda 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi üzrə müraciətin baxılması üçün dairə seçki komissiyasına göndərilməsi barədə qərar qəbul edilib.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.