Siyasət

Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb - VİDEO - FOTO

24 Yanvar 2020 14:12
Baxış: 728

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Equinor" şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə "Qarabağ" yatağı layihəsi müzakirə olundu. "Equinor" şirkətinin 1994-cü ildən Azərbaycanda olduğunu deyən dövlətimizin başçısı ölkəmizdə onun fəaliyyətinə çox böyük əhəmiyyət verildiyini qeyd etdi.

Söhbət zamanı alternativ enerji mənbələri üzrə layihələr barədə də fikir mübadiləsi aparıldı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.