Siyasət

MSK sədri: "Məntəqəyə daxil olan vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur"

22 Yanvar 2020 13:25
Baxış: 1 333

Sosial şəbəkələr cəmiyyətimizin ayrlmaz bir hissəsinə çevrilib. Müasir dünyada hamının sosial şəbəkələrə girişi bərabərhüquqludur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Seçki mübahisələrinin məhkəmə qaydasında həlli" mövzusunda keçirilən seminar-müşavirədə deyib. Onun sözlərinə görə, dövlətin idarəçilik sistemindən asılı olmayaraq, isətnilən ölkənin vətəndşının sosial şəbəkələrə girişi bərabərhüquqludur.

M.Pənahov vurğulayıb ki, məntəqəyə daxil olan vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur: "Bu o deməkdir ki, siz bütün dünyanın gözü qarşısındasınız. Dediklərimin çoxunu burada oturanlar çox gözəl bilir, amma açıq şəkildə müzakirə etmək istəmirsiniz. Açıq şəkildə müzakirə edilən problemlər həll edilməyə bir addım qalan problemlərdir. Biz dairə seçki komissiyasının qərarlarını ləğv edəndə özümüzü güclü hesab etmirik. Bu, bizdə məyusluq yaradır. Çünki keçirdiyimiz tədbirlərin boşa getdiyi təəssüratı ortaya çıxır. Buna görə də, vaxtında qanunun tələblərinə cavab verən addımlar atmalıyıq".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.