Siyasət

Türkiyəli diplomat: "ABŞ Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi hüquqi aspektdən məhrumdur"

13 Dekabr 2019 19:34
Baxış: 888

ABŞ Senatında qondarma "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul edilməsi hər hansı mənəvi və hüquqi aspektdən məhrumdur və əslində Türkiyənin müstəqil siyasətinin qəbul olunmamasının təsdiqidir.

Milli.Az bildirir ki, bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Hüseyn Altınalan deyib.

O bildirib ki, Türkiyə öz tarixindən utanmır və tarixi hadisələrin müzakirəsinə hazırdır:

"Tarixən ölkəmiz yəhudi, alban, bosniyalı, macar, polyak, gürcü, çərkəz, abxaz və digər xalqlara qucaq açıb".

O əlavə edib ki, Türkiyə bu gün bütün dünyada ədalət və humanizmin zirvəsidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.