Siyasət

XİN: Ermənistan Xarici İşlər naziri ölkə daxili neqativ reaksiyadan çox qorxur

13 Dekabr 2019 18:27
Baxış: 715

Xarici İşlər naziri Elmar Məmmədyarovun CBC televiziya kanalına verdiyi müsahibəsinə münasibətdə Yerevanın reaksiyası olduqca qəribədir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə  Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun CBC kanalına verdiyi müsahibəsi ilə bağlı "Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda münaqişənin tənzimlənməsi ilə bağlı hər hansı sənəd müzakirə olunmur" açıqlamasını şərh edərkən deyib.

L.Abdullayeva deyib: "Belə çıxır ki, sanki Elmar Məmmədyarovun erməni həmkarı bir il yarımdır ki, Azərbaycan Xarici İşlər naziri və həmsədrlər görüşlərə çay içməyə gəlir. Bu ən azı qeyri-ciddidir. Anlamaq olar ki, Ermənistan Xarici İşlər naziri ölkə daxili neqativ reaksiyadan çox qorxur, çünki ondan, nazir Elmar Məmmədyarovun sözügedən müsahibəsində etdiyi kimi, mahiyyət üzrə açıqlama tələb oluna bilər. Əslində, müsahibə elə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin "əhalini sülhə çağırmaq" çağırışı kontekstində nəzərdən keçirilməlidir".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.