Siyasət

ABŞ təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcək - Səfir

13 Dekabr 2019 14:39
0 Şərh     Baxış: 531

"ABŞ təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcək".

Milli.Az Trend-ə istinadən xəbə\r verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger deyib.

O bildirib ki, ABŞ Azərbaycanın suverenliyi, müstəqilliyi və sabitliyini dəstəkləyir:

"Əməkdaşlıq çərçivəsində ölkəni təhlükəsizlik sahəsində, xüsusilə də milli sərhədlərin və strateji enerji infrastrukturunun müdafiəsi məsələsində dəstəkləyirik".

Səfir əlavə edib ki, ABŞ Azərbaycanla müxtəlif istiqamətlərdə strateji əməkdaşlığı genişləndirmək niyyətindədir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.