Siyasət

Azərbaycan Albaniyaya 500 min avroluq yardım edib

13 Dekabr 2019 12:31
Baxış: 652

Azərbaycan Albaniyaya 500 min avro yardım edib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Albaniyada 26 noyabr tarixində baş vermiş 6,4 bal gücündə zəlzələnin törədiyi fəsadların aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Hökuməti tərəfindən 500.000 avro dəyərində yardım göstərilib.

11 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfiri Anar Hüseynov ilə Albaniyanın Yunanıstandakı səfiri Aridana Hobdari arasında keçirilmiş görüş zamanı yardımla bağlı simvolik çek qarşı tərəfə təqdim edilib.

Xanım səfir Azərbaycan Respublikasına yardımına görə ölkəsi adından təşəkkürünü ifadə edib və ölkələr arasında mövcud dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.