Siyasət

Azərbaycanla Koreya arasında "Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalandı - FOTO

11 Dekabr 2019 14:01
Baxış: 622

Azərbaycanın Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında "Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, imzalanma mərasimi "Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi" mövzusunda keçirilən konfrans çərçivəsində gerçəkləşib.

Anlaşma Memorandumunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Koreya Statistika Komitəsinin sədri Shin-vook Kang imzalayıb.

Memorandum çərçivəsində kadr potensialının gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması, statistikanın istehsalında müasir informasiya-kommunikasiya texnologiyaların tətbiqi, məlumat mübadiləsi, birgə konfransların keçirilməsi və s. nəzərdə tutulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.