Siyasət

Moskvada Heydər Əliyevin anım mərasimi keçiriləcək

10 Dekabr 2019 12:55
Baxış: 854

Milli Məclisin deputatı Elmira Axundova ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar keçiriləcək anım mərasimində iştirak etmək üçün dekabrın 11-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılacaq, bu dahi şəxsiyyətin keçdiyi şərəfli ömür yolu barədə məlumat veriləcək.

Səfər çərçivəsində, eyni zamanda, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş Elmira Axundovanın müəllifi olduğu üç cildlik kitabın təqdimat mərasimi keçiriləcək.

Səfər dekabrın 13-də başa çatacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.